image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1252532

Şəhid övladı Prezidentə MÜRACİƏT ÜNVANLADI

image-legitimaz-810x90

Hörmətli cənab Prezident!

Siz çıxışlarınızın birində qeyd etdiniz ki ;

“Mən dünyada ədalətin oldğuna inanmırdım. Amma, zamanla gördüm ki, dünyada haqq – ədalət var.”

Mən Cəfərov Qorxmaz Rafael oğlu, bir vətəndaş, sonrası isə bir şəhid övladı olaraq sizdən xahiş edirəm ki, mənim kobudcasına və heçnəyə məhəl qoyulmadan tapdalanmış haqqımın bərqarər olmasında mənə dəstək olasınız. Təhsildə Keyfiyyət Təminatı Agentliyi mənim haqqımı kobudcasına tapdalayıb və məni aylarla yalan söz ilə yubandırıb. Mən, şəhid övladı olaraq onlardan haqqım olmayan şeyi deyil, haqqım olan şeyi tələb edəndə, sizin şəhid ailələri ilə bağlı siyasətinizi onlara xatırladanda, onlar buna məhəl qoymadılar. Mən heç zaman haqqım olmayan bir şeyi şəhid övladı olaraq tələb etməmişəm. Mən düşünürəm ki, bu məsələni Allahın izni ilə yalnız siz həll edə bilərsiniz.

Qeyd edim ki, sizin tapşırıqla mənə verilən vəsiqənin üstündə belə yazılıb : Dəyər , Diqqət, Qayğı – bu üç əsasın heç birini onlarda görmədim. Nəyinki görmədim, onların milli ruha sahib olmalarına şübhə etdim !!!

Zərdab rayon sakini Qorxmaz Cəfərov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki