image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-605719997_1420776039402170_914036793578689808_n

Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır

image-legitimaz-810x90

Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır

 Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas strateji xəttlərdən biridir. Tarix boyu inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, güclü ordular, möhkəm iqtisadiyyat və dayanıqlı sosial model yalnız sağlam, bilikli və yüksək mənəvi dəyərlərə sahib yeni nəsil üzərində qurula bilər. Azərbaycan cəmiyyəti üçün də bu məsələ həmişə prioritet olub.  Müstəqillik dövrü isə uşaq və gənclərin inkişafına tamamilə yeni yanaşmanın əsasını qoydu. Ümummilli lider Heydər Əliyev uşaqların fiziki və mənəvi tərbiyəsini dövlət siyasətinin prioriteti elan edərək, 1994-cü ildən etibarən bu sahədə ardıcıl proqramların icrasına start verdi. İdman məktəblərinin yenidən təşkil edilməsi, uşaq sağlamlıq mərkəzlərinin yaradılması dövlətin bu məsələyə xüsusi həssaslıqla yanaşdığını göstərirdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə idman infrastrukturu kütləvi şəkildə yenilənib, regionlarda olimpiya idman kompleksləri tikilib, məktəblərdə bədən tərbiyəsi dərslərinin səviyyəsi yüksəldilib. Eyni zamanda, “Sağlam həyat tərzi” kampaniyaları, uşaq və yeniyetmələrin psixoloji rifahını gücləndirən dövlət proqramları həyata keçirilib.
Mənəvi inkişaf isə fiziki sağlamlıq qədər vacibdir. Bu sahə daha incə, daha uzunmüddətli tərbiyə tələb edir. Uşağın dəyərləri ilk növbədə ailədə formalaşır. Valideyn-övlad ünsiyyətinin azalması, emosional tənhalıq, aqressiv sosial mühit gənclərin mənəvi inkişafını zəiflədir. Azərbaycanın mədəni irsi uşaqların mənəvi inkişafı üçün çox zəngin bir qaynaqdır. Folklor, aşıq sənəti, muğam, dədə-baba nəsihətləri, milli qəhrəmanlıq salnaməsi bütün bunlar gənclərə kim olduqlarını xatırladan güclü nümunələrdir.

Gənclərin mənəvi inkişafında vətənpərvərlik tərbiyəsi də mühüm yer tutur. 44 günlük Vətən müharibəsi gənclərin milli ruhunun necə güclü olduğunu bir daha sübut etdi. O illərdə formalaşmış “Zəfər nəsli” təkcə döyüş meydanında yox, həm də elmdə, idmanda, sənətdə özünü göstərməkdə davam edir. Dövlətin şəhid ailələrinə, qazilərə qayğısı uşaq və gənclərin milli ruhunu möhkəmləndirir və onların mənəvi dünyasında humanizm, mərhəmət və vətən sevgisi kimi dəyərləri gücləndirir. Bu gün uşaqların və gənclərin inkişafı yalnız fiziki və mənəvi tərbiyə ilə məhdudlaşmır, onların intellektual potensialının yüksəldilməsi də prioritetdir.

 

Zərdab rayonu Gəlmə kənd sakini, gənc fəal Elmir Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki