image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1748841829-qeza252

Şabranda “Qaz 53” dirəyə çırpıldı – Sürücü ölüb

image-legitimaz-810x90

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Xeberaz.info” xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində baş verib.

Belə ki, 1980-cı il təvəllüdlü Özbəy Əmirhəmzəyev idarə etdiyi “Qaz 53” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Maşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki