image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-tramp-cixish

Sabah Ağ Evdə Əliyev və Paşinyan… – Tramp elan etdi

image-legitimaz-810x90

Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.

Xeberaz.info” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox lider indiyədək müharibəni bitirməyə çalışdı, lakin uğur əldə edə bilmədi. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, – Tramp qeyd edib.

O, avqustun 8-də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ Evdə sülh sənədinin imzalanma mərasimi olacağını vurğulayıb.

Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.

“Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki