image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1750849488221

Saatlı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ordumuz Qürurumuzdur” mövzusunda tədbir keçirilib-FOTO

image-legitimaz-810x90

YAP Saatlı rayon təşkilatının inzibati binasında Saatlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ordumuz Qürurumuzdur” mövzusunda tədbir keçirilib.
Xeberaz.info” xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, müstəqil Azərbaycanda nizami ordu quruculuğu prosesi Ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Həmçinin Elşən Əzizov bildirdi ki, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük məna daşıyır. Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, Vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etməkdir.
Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva çıxış edərək bildirib ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar.
Tədbirdə Saatlı RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fərhad Mürsəlov, Saatlı RİH başçısı aparatının hüquq şöbəsinin müdiri Rövşən Muradov, Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Sahil Hüseynzadə və müharibə veteranı Əjdər Hüseynov çıxışlarında bildiriblər ki, suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrdən biridir. Məqsəd Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, Vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etməkdir. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəkdir.

image-fb_img_1750849485643 image-fb_img_1750849488221 image-fb_img_1750849490789 image-fb_img_1750849493741 image-fb_img_1750849496144 image-fb_img_1750849498749 image-fb_img_1750849501795 image-fb_img_1750849504293 image-fb_img_1750849506761


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki