Ukrayna Müdafiə Qüvvələri hər gün Novopavlovsk, Pokrovsk, Kramatorsk və Toretsk istiqamətlərində rus işğalçı qüvvələrinin hücumlarını dəf edir.
”Xeberaz.info” xəbər verir ki, bu barədə Donetskə səfər edən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.
“Döyüşlər yeni istiqamətdə – Dobropolske istiqamətində davam edir. Düşmən Konstantinovkaya doğru tələsir, lakin çoxsaylı itkilərdən başqa heç nə əldə etməyib”, – Sırski qeyd edib.