Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil.
”Xebera.info” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Nazir Staroviç özünü bir az fərqli ifadə etdi. Təbii ki, ehtiyatsız danışırdı. Təəssüf edirəm ki, Rusiya mediasındakı bəzi dostlarımız Serbiyanı məzəmmət etmək fürsətini səbirsizliklə gözləyirlər. Serbiya Rusiya qarşı sanksiyalar tətbiq etməyəcək”, – Vuçiç bildirib.
Qeyd edək ki, Serbiyanın Avropaya inteqrasiya naziri Nemanya Staroviç quruma qoşulmaq zəmanətini alacağı təqdirdə ölkəsinin AB-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyə hazır olduğunu demişdi.