Şimali Koreya Rusiyaya artilleriya mərmiləri tədarükünü davam etdirir. Cənubi Koreya kəşfiyyatının hesabatına əsasən, Pxenyan ümumilikdə 152 mm-lik təxminən 12 milyon mərmi göndərmiş ola bilər.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Kəşfiyyatın məlumatına görə, Şimali Koreya indiyədək Rusiyaya təxminən 28 min konteyner silah və artilleriya sursatı göndərib.
“Əgər bu konteynerlərdə əsasən 152 mm-lik mərmilər varsa, onların ümumi sayı təxminən 12 milyonu keçmiş ola bilər”, – deyə Cənubi Koreya kəşfiyyatı bildirib.
“Yonhap” qeyd edir ki, 2024-cü ilin oktyabrından bəri Pxenyan Rusiyaya təxminən 13 min hərbçi göndərib. Daha əvvəl Cənubi Koreya kəşfiyyatı iyul və ya avqust aylarında Şimali Koreyanın Rusiyaya əlavə qüvvələr göndərə biləcəyini açıqlayıb.