image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1751118389-f5d19042-1445-4695-80b2-82086e89fb44_850

“Rusiyanın helikopterləri məhv edilib” – UTX

image-legitimaz-810x90

Ukraynanın Təhlükəsizlik Xidməti Krımdakı Kirovskoye hərbi aerodromuna hava zərbələri endirib, Rusiyanın 3 helikopteri və “Pantsir-S1” sistemi məhv edilib.

”Xeberaz.info”  xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, aviasiya komponentinin, hava hücumundan müdafiə sistemlərinin, silah-sursat anbarlarının, eləcə də düşmənin kəşfiyyat və pilotsuz hücum təyyarələrinin yerləşdirilmə sahələrinə hava zərbələri endirilib.

Mövcud məlumatlara görə, əməliyyat nəticəsində UTX Rusiyanın Mi-8, Mi-26 və Mi-28 tipli üç çoxməqsədli və hücum helikopterini, həmçinin “Pantsir-S1” özüyeriyən zenit-raket və silah sistemini məhv edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki