image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1775728038-pasinyan-putin-900x675-1

“Rusiyanın arxasından heç bir iş görmürük” – Paşinyan

image-legitimaz-810x90

“Ermənistan hakimiyyəti Rusiyanın arxasında və ya ona zidd olaraq heç bir iş görmür”. 

“Xeberaz/info” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Hökumət iclasından sonra keçirilən brifinqdə Paşinyan Ermənistan-Qazaxıstan dəmir yolu şəbəkəsinin yeni güzəştli idarəetməyə verilməsi məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı suala da cavab verib:

“Qazaxıstan ötən ilin avqust ayından bəri “Tramp marşrutu”na maraq göstərdiyini açıq şəkildə bildirib. Lakin Qazaxıstan maraq göstərən yeganə ölkə deyil. Çoxlu sayda ölkə var. Və biz, o cümlədən Qazaxıstana təklif irəli sürməliyik. Bu ölkələr ixrac və idxal zəncirlərində, eləcə də təqdim etdikləri nəqliyyat xidmətlərində Ermənistandan keçən tranzit marşrutlarından istifadə etməyə hazır olmalıdırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki