image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-de7fcec12d4f49dbcfd3acb128b53069

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi

image-legitimaz-810x90

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak edən Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.

Bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, A. Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.

Xatırladaq ki, iyunun 15-də Astara sərhəd buraxılış məntəqəsindən 238 rusiyalı buraxılıb. Onların arasında diplomatlar və mədəniyyət xadimlərinin ailələri də olub./Qafqazinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki