Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb.
“Xeberaz.info” xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
“388 sərnişinin olduğu Klimov-Moskva qatarı hərəkət edərkən körpüdə partlayış baş verib”, – Boqomaz bildirib.
Boqomazın məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb.