image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-rusiya-miqrant

Rusiyada miqrantların sayı azaldı

image-legitimaz-810x90

Rusiyada yaşayan xarici vətəndaşların sayı 10% azalaraq 5,7 milyon nəfər təşkil edib.

Xeberaz.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə analitik şöbəsinin müdiri Aleksandr Perejoqin “Rusiyanın Yeni Miqrasiya Siyasəti” konfransında deyib.

“Müqayisə üçün, ötən ilin yanvar ayında Rusiyada təxminən 6,3 milyon əcnəbi yaşayırdı. Azalmanın əsas səbəbi yetkinlik yaşına çatmayan xarici vətəndaşların sayının təxminən 25% azalması olub”, – o bildirib.

Moskva Vəkillər Kollegiyasının üzvü Anna Minuşkina isə qeyd edib ki, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi də bu prosesə təsir edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki