image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-25244fcdc0c51499682898709cc835ed

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda növbəti görüşü gözlənilir – tarix açıqlandı

image-legitimaz-810x90

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi iyulun 23-24-də İstanbulda keçirilə bilər.

”Xeberaz.info” xəbər verir ki, bu barədə “İndependent Türkçe” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, bu il ərzində Moskva və Kiyev üç illik fasilədən sonra ilk dəfə birbaşa görüşlər təşkil ediblər. İlk görüş mayın 16-da, ikinci isə iyunun 2-də baş tutub.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, tərəflər əsir və yaralıların mübadiləsi məsələsində razılığa gəliblər və həmin razılaşmalar icra olunmaqda davam edir.

Yeni görüşdə bu proseslərin davam etdirilməsi və digər humanitar məsələlərin də müzakirə olunacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki