image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1748336981-45f95bc7-61bc-497a-a1f4-1ebb80d030c8_1-770x_

Rusiya sülh müqaviləsinin imzalanması üçün son tarixi açıqlayacaq

image-legitimaz-810x90

Rusiya Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandumun hazırlanmasını davam etdirir və bu memorandumda sülh müqaviləsinin imzalanması üçün son tarix də nəzərdə tutulur. 

“Xeberaz.info” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

“Rusiya həll prinsipləri, mümkün sülh müqaviləsinin şərtləri və müəyyən müddətə mümkün atəşkəs kimi bir sıra mövqeləri müəyyən edən gələcək sülh müqaviləsi üzrə memorandum layihəsini hazırlamağa davam edir.Əlbəttə, müvafiq razılıqlar əldə olunsa”, – Zaxarova brifinq zamanı deyib.

Diplomat əlavə edib ki, sənəd hazır olduqdan dərhal sonra Ukrayna tərəfinə veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki