Rusiya “Starlink” peyklərini hədəfləyəcək yeni silah sistemi üzərində işləyir.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
“Söhbət orbitdə kiçik qəlpə buludları yarada və eyni anda bir neçə peyki sıradan çıxara bilən peyk əleyhinə silahdan gedir. Məqsəd Ukraynaya kömək edən Qərbin kosmosdakı texnoloji üstünlüyünü zəiflətməkdir”, – məlumatda qeyd olunub.
Lakin analitiklər Rusiyanın bu cür silahlardan istifadəyə cəsarət edəcəyinə şübhə ilə yanaşırlar, çünki onlar Rusiya və Çin peyklərinə də zərər verə bilər.


























