image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-rusiya-raket12

Rusiya “Oreşnik”lə cəmi 2 dəqiqəyə Varşavanı vura bilər

image-legitimaz-810x90

Rusiyanın orta mənzilli “Oreşnik” ballistik raketi Belarusdan Kiyevə 1 dəqiqə 51 saniyəyə uça bilir.

Xeberaz.info Teleqrаf-a istinadən xəbər verir ki, “Oreşnik” artıq Belarus ordusunun inventarındadır.

Ukrayna hərbçilərinin məlumatına görə, bu raket saatda 12.300 km-dən çox sürətə çata bilir və altı döyüş başlığı ilə təchiz olunub.

İddia edilir ki, sözügedən raket Belarusdan cəmi 1 dəqiqə 4 saniyəyə Litvanın paytaxtı Vilnüsə çata bilər.

“O, təxminən 1 dəqiqə 40 saniyəyə Rovne, 1 dəqiqə 44 saniyəyə Lutsk, 1 dəqiqə 51 saniyə Kiyev və 2 dəqiqə 24 saniyəyə Lvovdakı hədəfi vura bilər.

Bu arada, AB şəhərlərinə orta uçuş müddəti təxminən iki dəqiqədir: Dauqavpilsə 1 dəqiqə 22 saniyə, Lyublinə 2 dəqiqə 11 saniyə, Varşavaya 2 dəqiqə 23 saniyə və Estoniyanın Tartu şəhərinə isə 2 dəqiqə 41 saniyə…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki