İyulun 29-da Rusiya silahlı qüvvələri Ukrayna ordusunun təlim poliqonuna raket zərbəsi endirib.
”Xeberaz.info” xəbər verir ki, Ukrayna Quru Qoşunlarının mətbuat xidmətinin yaydığı məlumata görə, hücum nəticəsində 3 hərbçi həlak olub, 18 nəfər yaralanıb.
Raket zərbəsi Çerniqov vilayətində yerləşən poliqona endirilib. Zərbənin “kaset döyüş başlıqlı İsgəndər” raketi ilə həyata keçirildiyi bildirilir.
Məlumata əsasən, Rusiya tərəfdarlarının idarə etdiyi Z teleqram kanalları hücumdan əvvəl Çerniqov vilayətinin Qonçarovske kəndində yerləşən Ukrayna silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq mərkəzinə zərbə endirildiyini xəbər verib.
Hadisə beynəlxalq hüquq müstəvisində mübahisəli sayılan kaset bombalarından istifadənin davam etdiyini göstərir.