“Rusiya xarici təhdidlər qarşısında öz milli suverenliyini müdafiə etməkdə Venesuela hökumətinə dəstəyini ifadə edir”.
“Xeberaz.info” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko Yüksək Səviyyəli Rusiya-Venesuela Hökumətlərarası Komissiyasının 19-cu iclasında deyib.
“Rusiya hökuməti adından biz Venesuela Prezidenti Nikolas Maduronun hökumətinə dəstəyimizi və xarici təhdidlər qarşısında öz milli suverenliyini müdafiə etməkdə qardaş Venesuela xalqı ilə həmrəy olduğumuzu bildiririk. Biz Venesuela xalqının öz vətənlərinin həqiqi suverenliyini müdafiə etdiyi mətanət və qətiyyətə heyranıq”.
O bildirib ki, Moskva Karakasla bütün səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə etimad əsaslanan siyasi dialoqu yüksək qiymətləndirir. O, həmçinin əmin edib ki, Rusiya respublika ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətindədir.


























