image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-kiyev-muharibe

Rusiya Kiyev və Odessanı vurdu: ölü və yaralılar var – Video

image-legitimaz-810x90

Gecə ərzində Rusiya Ukraynanın Kiyev və Odessa vilayətlərinə raket və PUA-larla zərbələr endirib.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Zərbələr nəticəsində Kiyevin 7 rayonunda yanğınlar baş verib, yaşayış evləri dağılıb. 4 nəfərin yaralandığı bildirilir.

Ən çox dağıntı Kiyev vilayətinin Fastov, Brovar, Borispol və Obuxov rayonlarında qeydə alınıb.

Rusiya hərbçiləri Odessa şəhərində doğum evini, təcili tibbi yardım xidmətinin stansiyası və yaşayış evlərinə raket zərbələri endiriblər. Zərbələr nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki