Avropa Birliyinin Ukraynaya hərbi qüvvələr göndərmək üçün koalisiya yaratmaq niyyəti üstünlük istəyindən xəbər verir. Rusiya ilə bu dildə danışmağa ehtiyac yoxdur.
Xeberaz.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, bu, öz üstünlüyünü, istədiyini həyata keçirmək qabiliyyətini nümayiş etmək istəyənlərin koalisiyasıdır:
“Onlar başqaların fikirlərinə qulaq asmadan hərəkət etmək istəyirlər. Bu, nasist baxışlarının, vərdişlərinin və istəklərinin yenidən dirçəldilməsi ilə bağlıdır. Amma Rusiyaya belə bir dildə danışmaq lazım deyil. Rusiya görür ki, Emmanuel Makron, Keir Starmer və Fridrix Merz açıq şəkildə müharibə və düşmənçilik bəyanatları verir. Mən düşünmürəm ki, bu, fransız və alman xalqının mövqeyini əks etdirir. Bir daha təkrarlayıram, bizim əsəblərimiz möhkəmdir. Prezident (Vladimir Putin – red.) bir neçə dəfə deyib ki, biz istənilən problemi müzakirə etməyə hazırıq. Amma təbii ki, biz nəzakətli insanlarıq və bizə yaxınlaşacaq şəxslərdən nəzakət gözləyirik”.