Rusiya Ukraynaya qarşı müharibənin tənzimlənməsi ilə bağlı öz tələblərinə uyğun olmayan heç bir razılaşma istəmir. Kremlin güzəştə getməyəcəyi üç maddə var.
”Xeberaz.info” xəbər verir ki, bunu “NBC Nyus” Avropa və ABŞ-ın Ukrayna üzrə siyasətinə bələd olan, adının açıqlanmasını istəməyən rusiyalı rəsmiyə istinadən yazıb.
Qeyd olunur ki, Rusiya rəhbəri Vladimir Putin planlarını gizlətmir, bu planlara bütün Donbasın ələ keçirilməsi və Ukraynanın demilitarizasiyası daxildir ki, bu da ölkəni faktiki olaraq müdafiəsiz qoyacaq:
“Üç prinsip var ki, onlar üzrə biz güzəştə getmərik. Birincisi – Donbas ərazisi. İkincisi – Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması. Üçüncüsü – işğal edilmiş ərazilərin Amerika və Avropa tərəfindən tanınması”, – deyə rusiyalı rəsmı bildirib.
O qeyd edib ki, Moskvanın güzəştə getməyə hazır olduğu məsələlər də var. Bunlardan biri Avropada dondurulmuş Rusiya aktivləridir.


























