image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2280a3650d19c81cc17ceb60016508ae

Rus deputat Kadırovu yerdən – yerə vurdu – general Şamanovla Kadırov qarşıdurması böyüyür

image-legitimaz-810x90

Xeberaz.info xəbər verir ki, Rusiyada Ramzan Kadırovla keçmiş Hava-Desant Qoşunlarının komandanı, general Vladimir Şamanov arasında yaranmış gərginlik getdikcə dərinləşir.

Bu dəfə Krasnodar şəhər dumasının deputatı Sergey Klimov açıq şəkildə Kadırova müraciət edərək, onu general Şamanova qarşı etdiyi təhqiramiz çıxışlara görə sərt tənqid edib. Deputat sosial mediada yayımladığı bəyanatında bildirib:

“Ən çox dotasiya alan respublikanın rəhbərinin özünə hər şeyi rəva görməsi çox qəribədir! Onsuz da ölkədə milli münasibətlər kifayət qədər gərgindir, üstəlik bu cür daxili təxribatlar vəziyyəti daha da qızışdırır. Amma biz Rusiya Qəhrəmanını təhqir etdirməyəcəyik!”

Klimov Kadırova “çeçen xalqından üzr istəməsini” tələb edən çağırışlarını qəbuledilməz sayaraq, onu ölkə daxilində etnik qarşıdurma yaratmaqda ittiham edib.

Bu, Krasnodar deputatının Kadırovu tənqid etdiyi ilk hal deyil. O, daha əvvəl də Çeçenistan rəhbərindən İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə qarşı etdiyi təhqirə görə üzr istəməsini tələb etmişdi.

Ekspertlər hesab edirlər ki, Klimovun çıxışı Moskva elitası ilə Qroznı arasında uzun müddətdir davam edən gizli narazılığın açıq fazaya keçdiyini göstərir. Kadırovun bəyanatları isə artıq Rusiya cəmiyyətində milli gərginliyi daha da artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki