image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-marko-rubio21

Rubio təsdiqlədi: İrana qarşı hərbi əməliyyat…

image-legitimaz-810x90

İrana qarşı hərbi əməliyyat ehtimalını istisna etmirik. Bu əməliyyat qabaqlayıcı (preventiv) xarakter daşıya bilər.

Xeberaz.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio senatda keçirilən dinləmələrdə bildirib.

“Düşünürəm ki, regionda qüvvələr toplamaq ağıllı və uzaqgörən addımdır ki, bu, cavab verməyə və potensial olaraq regiondakı minlərlə amerikalı hərbçiyə və obyektlərə, eləcə də müttəfiqlərimizə edilə biləcək hücumu qabaqlayıcı şəkildə pozmağa imkan versin. Ümid edirəm ki, buna ehtiyac qalmaz”, – Rubio söyləyib.

Rubio vurğulayıb ki, Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq niyyətindədir:

“Siz indi ABŞ-ın regionda qüvvələr yerləşdirmək imkanını görürsünüz. Bu da şəxsi heyətimizə yönələ biləcək İran təhlükəsindən müdafiə olunmağa imkan verir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki