image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-02f657d5160370357899455470610749153

Real təhdidlər qarşısında qalmış suverenlik

image-legitimaz-810x90

Real təhdidlər qarşısında qalmış suverenlik.

1993-cü ildə paytaxta gələn Heydər Əliyev parlamentdə çıxış edərək bildirdi ki, əsl vəziyyəti öyrənmək üçün hadisə yerində olmalıyam. Belə də oldu. Canından artıq sevdiyi Azərbaycanı bəladan qurtarmaq üçün bütün mümkün variantlardan zəkasına güvənərək istifadə edəcəyini bildirən Ulu Öndər ən düzgün yolu seçdi. Gəncədəki görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında el ağsaqqalı , müdrik siyasətçi kimi, açıqlama verən Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: « Ancaq mən demişəm və bir də deyirəm ki, mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə , danışıqlar yolu ilə həll olunmalıdır.» Azərbaycanın tarixinə qurtuluş günü kimi yazılan həmin sessiyada deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyizin əbədiliyinin təməli qoyuldu. «…Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının mütəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm» söyləyən , daim xalqa arxalanan Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. Reallıq isə bu idi ki, o günlərdə Ulu Öndər Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasaydı dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.  Bu hadisədən üç gün sonra, iyunun 18-də Azərbaycan xalqı eşitdiyi xəbərdən şoka düşdü: Azərbaycan Prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə Bakını tərk edərək doğma kəndi Kələkiyə gedib. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə olunmalı idi. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu. Beləliklə, cəmi üç gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu. Elçibəyə vəzifəsini davam etdirmək üçün müraciət edildi. Eyni zamanda, Sürət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənin ali maraqları naminə hərbi qarşıdurmaya son versin. Ölkənin tanınmış şəxsiyyətlərinin, ziyalıların təmsil olunduğı bir qrup Kələkiyə göndərildi. Elçibəy isə «Azərbaycanı Kələkidən idarə edəcəyəm» cavabı ilə Bakıya dönməkdən imtina etdi. Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyimizin qarantı Heydər Əliyevə tapşırıldı. O zaman Ulu Öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etmişdi: « Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o , artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm.» Beləcə 29 avqust 1993-cü ildə Azərbaycanda Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə Heydər Əliyevə etimad göstərdi Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da Ümummilli Lider Heydər Əliyev dərin zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu göstərdi. Azərbaycanın inkişaf yolu, dünya iqtisadiyyatına inteqrasiyası 15 İyun- Milli Qurtuluş Gününə aparan 9 iyun 1993-cü ildən başlandı. Uğurla davam edən Azərbaycanın müstəqilliyinin Heydər Əliyev dövru dövlətçilik tariximizə xlaskarlıq missiyası kimi yazıldı.

Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki