image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fuzuli_city_160823

Rayonun işğaldan azad olunması

image-legitimaz-810x90

Rayonun işğaldan azad olunması.

Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən 23 avqust 1993-cü il tarixində işğal edilmişdir. Düşmənlə mübarizədə 400 nəfərə dək füzulili əlil olmuş, 663 nəfər şəhidlik zirvəsinə ucalmış, 181 nəfər isə əsir və itkin düşmüşdür. Şəhər işğalçılar tərəfindən büsbütün dağıdılmış, vuran qoyulmuşdur.

2020-ci il 17 oktyabr tariximizə Füzulinin erməni işğalından azad olunmasının qürurunun təntənəsi kimi düşüb. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir

Hər kəsə məlumdur ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərindən biri olmuşdur. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək qaçmış, Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaratmışdır.

Vətən müharibəsi gedişində füzulilərin yurd həsrətinin bitdiyi xəbərini Ali Baş Komandan İlham Əliyev özünün Tvitter səhifəsindən və televiziya müraciətindən xalqa böyük sevinclə elan etdi. Füzulinin düşməndən təmizlənməsi, Milli Ordunun şəhərə nəzarəti ələ alması xəbəri sözlə ifadə olunması mümkün olmayan coşqu ilə qarşılandı.

Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.

 

Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta ümumitəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki