image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1729368930_zengilan-reportaj11

Rayonun infrastrukturu

image-legitimaz-810x90

Rayonun infrastrukturu.

Zəngilan rayonu zəngin təbii sərvətlərə və unikal coğrafiyaya malikdir. Rayonda çöküntü süxurları, vulkanik materiallar, minerallar var, həmçinin bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.  Regionun iqtisadi potensialına töhfə verən Araz, Oxçuçay, Həkəri və Bəsitçay da daxil olmaqla dörd mühüm çay keçir. Zəngilan mədəni və dini abidələrlə zəngindir, onların bir çoxu münaqişənin qurbanı olmuş, işğal zamanı dağıntı və dağıntılara məruz qalmışdır. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurun  yenidən qurulmasında, xüsussilə də tarixi- mədəni-dini abidələrimizin, irsimizin qorunmasında Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban  Əliyevanın  böyük rolu var.  Bu yerlər çox böyük tarixi və mədəni əhəmiyyətə malikdir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

Artıq Zəngilan yeni inkişaf dövrünü yaşayır. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Zəngilan mühüm strateji əhəmiyyətə malik mühüm nəqliyyat qovşağıdır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisi əlaqəni gücləndirməyə, Zəngəzur dəhlizi isə yeni iqtisadi perspektivlər və beynəlxalq əməkdaşlıq aça bilər. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki