image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2021-10-19-10-50-58haid2umzstr4yfbhpm9k_file

Qubadlının yeni inkişaf tarixi başlanıb

image-legitimaz-810x90

Qubadlının yeni inkişaf tarixi başlanıb.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra azad edilmiş bütün ərazilərdə olduğu kimi, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində icra olunur. Mahruzlu və Zilanlı kəndlərində yollar, elektrik xətləri, su və qaz təchizatı, rabitə şəbəkələri tamamilə yenidən qurulur. Yeni sosial infrastruktur məktəblər, uşaq bağçaları, tibb məntəqələri və mədəniyyət evləri inşa edilir. Məqsəd bu kəndləri müasir tələblərə cavab verən “ağıllı kənd” modelinə çevirməkdir. Mahruzlu və Zilanlı kəndlərinin yenidən dirçəlişi Azərbaycan xalqının qələbədən sonra quruculuq və bərpa əzminin bariz nümunəsidir.Bu gün azad Qubadlı torpaqlarında bayrağımız dalğalanır, həyat yenidən canlanır, dağıdılmış kəndlər müasir və abad yaşayış məkanlarına çevrilir. 25 oktyabr 2021-ci il tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Qubadlı rayonuna səfər etmişlər. Səfər çərçivəsində Prezident İlham Əliyev Qubadlı şəhərinin və rayonun kəndlərinin baş planı və bərpa layihələri ilə tanış olub. Yeni yolların, enerji və rabitə xətlərinin çəkilməsi, sosial infrastruktur obyektlərinin inşası üzrə görülən işlər barədə məlumat verilib. Qubadlı şəhərinin “ağıllı şəhər” konsepsiyası əsasında bərpası planlaşdırılır. Prezident qeyd edib ki, bu torpaqlarda müasir yaşayış mühiti, yeni kənd təsərrüfatı və sənaye potensialı formalaşdırılacaq. Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərində Azərbaycan bayrağını ucaldıblar. Bu an xalqın azadlıq, birlik və dövlətçilik ruhunun təntənəsi kimi yadda qaldı.   Bu gün artıq Qubadlıda həyat yenidən canlanır. 2025-ci ilin sentyabrında təsdiqlənmiş “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” bölgənin sosial-iqtisadi inkişafının konkret istiqamətlərini müəyyənləşdirir. Əgər işğala qədər rayonun elektrik enerjisinə tələbatı 12 MVt idisə, 2040-cı il üçün bu rəqəmin 38 MVt-dan artıq olacağı proqnozlaşdırılır. Bu isə bölgədə sənayeləşmənin, kənd təsərrüfatının və turizmin genişlənəcəyindən xəbər verir. Prezident İlham Əliyevin Qubadlıya mütəmadi səfərləri, infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı bu torpaqlara olan diqqət və sevginin bariz ifadəsidir. Qısa müddətdə Qubadlıda yeni yollar, körpülər, su və enerji infrastrukturu, müasir yaşayış məhəllələri, məktəblər və sosial obyektlər inşa edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Artıq üçüncü ildir ki, qubadlılılar bu günü böyük təntənə ilə qeyd edirlər. Dövləti başçımızın sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15 mindən cox hərbi qulluqçu “Qubadlının azad olunmasına görə medalı ilə təltif olunub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Qubadlı rayonu bu gün özünün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Əvəz Soltanov-Zərdab rayon Gənclər və İdman sektorunun müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki