Qubadlıda həyata keçirilən genişmiqyaslı layihələr dövlətimizin azad edilmiş ərazilərə qayğısının, xalqın iradəsinin və birliyin təntənəsidir.
Qubadlı ərazisində yaradılan “Qubadlı” gömrük postu strateji və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Bu postun fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə qanunsuz daşınmaların qarşısı alınır, gömrük nəzarətinin tam tətbiqi təmin edilir. Həmçinin, dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər. Bu gün artıq Qubadlıda həyat yenidən canlanır. 2025-ci ilin sentyabrında təsdiqlənmiş “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” bölgənin sosial-iqtisadi inkişafının konkret istiqamətlərini müəyyənləşdirir. Əgər işğala qədər rayonun elektrik enerjisinə tələbatı 12 MVt idisə, 2040-cı il üçün bu rəqəmin 38 MVt-dan artıq olacağı proqnozlaşdırılır. Bu isə bölgədə sənayeləşmənin, kənd təsərrüfatının və turizmin genişlənəcəyindən xəbər verir. Prezident İlham Əliyevin Qubadlıya mütəmadi səfərləri, infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı bu torpaqlara olan diqqət və sevginin bariz ifadəsidir. Qısa müddətdə Qubadlıda yeni yollar, körpülər, su və enerji infrastrukturu, müasir yaşayış məhəllələri, məktəblər və sosial obyektlər inşa edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Artıq üçüncü ildir ki, qubadlılılar bu günü böyük təntənə ilə qeyd edirlər. Dövləti başçımızın sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15 mindən cox hərbi qulluqçu “Qubadlının azad olunmasına görə medalı ilə təltif olunub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Qubadlı rayonu bu gün özünün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bir zamanlar viran qalmış torpaqlarda bu gün quruculuq, inkişaf və dirçəlişin sədası eşidilir. Qubadlıda həyata keçirilən genişmiqyaslı layihələr dövlətimizin azad edilmiş ərazilərə qayğısının, xalqın iradəsinin və birliyin təntənəsidir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc






















