image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-qubadl5

Qubadlı rayonu tamamilə işğaldan azad oldu

image-legitimaz-810x90

Qubadlı rayonu tamamilə işğaldan azad oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı işğaldan azad olunaraq öz azadlığına, öz sahiblərinə qovuşub. Bu tarixi hadisə təkcə Qubadlının deyil, bütövlükdə Azərbaycanın Böyük Qələbəsinə gedən yolun mühüm mərhələsini təşkil edib. Qubadlının azad olunması ilə xalqımız öz doğma torpaqlarına qayıdışın qapılarını açdı, ədalət bərpa olundu, Vətən uğrunda canlarından keçən şəhidlərimizin arzusu gerçəkləşdi. Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri 1993-cü il avqustun 31-də Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. Bu hadisə təkcə bir rayonun itirilməsi deyil, həm də minlərlə insanın taleyində dərin izlər buraxan faciə idi.Onlarla kənd, məktəb, xəstəxana, mədəniyyət ocağı dağıdıldı. Minlərlə ailə qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İşğal zamanı mülki əhali arasında qətlə yetirilənlər, əsir və girov götürülənlər oldu. Bu, təkcə fiziki yox, həm də mənəvi zərbə idi çünki bir xalq öz doğma torpağının sükuta qərq olmasını seyr etmək məcburiyyətində qaldı. Qubadlı təkcə strateji mövqeyi ilə deyil, tarixi-mədəni abidələri ilə də Azərbaycan mədəniyyət xəzinəsində mühüm yer tutur. İşğal dövründə tarixi abidələr, qəbiristanlıqlar, dini ziyarətgahlar dağıdılıb; məktəblər və kitabxanalar yandırılıb, yüzlərlə mədəni irs nümunəsi məhv edilibdir. İşğal nəticəsində Qubadlının minlərlə hektar əkin sahəsi, meşə və təbii sərvətləri talan edildi. Dağ-mədən sənayesi, heyvandarlıq və kənd təsərrüfatı tamamilə sıradan çıxarıldı. Ərazidə ekoloji tarazlıq pozuldu, təbii ehtiyatlar məqsədli şəkildə məhv edildi. Bütün bunlar Qubadlının yalnız iqtisadi yox, həm də ekoloji fəlakət zonasına çevrilməsinə səbəb oldu. Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər itkin düşüb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə Qubadlıdan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 2020-ci il oktyabrın 25-də Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış mühüm hadisədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı nəticəsində Qubadlı rayonu düşmən tapdağından azad edildi. Bu qələbə həm Vətən müharibəsinin gedişinə mühüm təsir göstərdi, həm də xalqımızın birliyini, dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Qubadlının azad olunması təkcə bir şəhərin geri alınması deyildi bu, tarixi ədalətin və milli qürurun bərpası idi. 27 il işğal altında qalmış bu diyarın torpaqlarına yenidən Azərbaycan bayrağının sancılması xalqımızın iradəsinin sarsılmazlığının və Ali Baş Komandanın dəmir yumruq siyasətinin təntənəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı Zəngilan və Laçın istiqamətlərində strateji üstünlük qazandırdı və noyabr Zəfərinə aparan yolun əsas mərhələlərindən biri oldu. Bu əməliyyat Azərbaycan Ordusunun yüksək peşəkarlığının, döyüş ruhunun və vətənpərvərlik hisslərinin bariz göstəricisidir. Hər bir qələbə şəhidi, qazisi və əsgəri ilə xalqımız bu uğura imza atdı. Qubadlının azad edilməsi xalq-ordu Ali Baş Komandan birliyinin real nəticəsi idi. Bu gün Qubadlı Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulur. Şəhərdə infrastruktur layihələri həyata keçirilir, yeni məktəblər, yollar, sosial obyektlər inşa olunur. Qubadlı sakinləri doğma yurdlarına qayıdır, həyatı, mədəniyyəti, təbiəti ilə bu torpaqlar yenidən canlanır.Prezident İlham Əliyevin sözləri ilə desək, “Qubadlıya öz sahibləri qayıdıb”.

 

Əvəz Soltanov-Zərdab rayon Gənclər və İdman sektorunun müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki