image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Qlobal qeyri-müəyyənliklər fonunda Azərbaycanın prinsipial və balanslı siyasəti

image-legitimaz-810x90

Qlobal qeyri-müəyyənliklər fonunda Azərbaycanın prinsipial və balanslı siyasəti

Davos İqtisadi Forumu çərçivəsində yanvarın 20-də Prezident İlham Əliyevin Avropanın aparıcı televiziya kanallarından olan “Euronews”a verdiyi geniş məzmunlu müsahibə müasir beynəlxalq münasibətlər sistemində formalaşan yeni çağırışlara Azərbaycanın baxışını aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısı müsahibəsində qlobal miqyasda beynəlxalq hüququn universallığının zəiflədiyi, güc amilinin bir çox hallarda hüquq normalarını üstələdiyi mürəkkəb dövrün yaşandığını vurğuladı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün beynəlxalq münasibətlərdə vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir və bu reallıq dünyanın müxtəlif bölgələrində açıq şəkildə müşahidə olunur. Belə bir şəraitdə hər bir dövlət öz strategiya və siyasətini mövcud potensialına uyğun qurmalı, milli maraqlarını qorumağı prioritet hesab etməlidir. Azərbaycan məhz bu yanaşmaya əsaslanaraq həm regional, həm də qlobal səviyyədə balanslı və çoxşaxəli xarici siyasət həyata keçirir.

Bu gün Azərbaycanın atdığı bütün addımlar – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüququn norma və prinsiplərinə, ümumbəşəri dəyərlərə tam uyğundur. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz mümkün qədər çox dövlətlə, ilk növbədə region ölkələri ilə, daha sonra isə qlobal müstəvidə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa nail olub.

Müsahibədə Prezident İlham Əliyev regionda sabitliyin və təhlükəsizliyin əhəmiyyətinə xüsusi diqqət çəkərək, Azərbaycanın sülh və proqnozlaşdırıla bilən mühitin tərəfdarı olduğunu vurğuladı. Dövlətimizin başçısının mesajları bir daha göstərdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara söykənən, prinsipial və məsuliyyətli siyasət yürüdən etibarlı tərəfdaşdır.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki