Qızıl Qələm” media mükafatı laureatı, hüquqşünas və gənc yazar Tarverdi Süleyman Ömər oğlunun sayca üçüncü kitabı olan “Zərdab və Zərdabın tanınmışları” ensiklopedik nəşrinin 2-ci cildi yaxın günlərdə işıq üzü görmüşdür.
Kitabın müəllifi “Xeberaz.info“-a bildirib ki, bu kitabda Zərdab rayonunun tarixi inkişaf mərhələləri, rayonun elm, mədəniyyət və ictimai həyatında xüsusi xidmətləri olan tanınmış şəxsiyyətlər haqqında geniş, sistemləşdirilmiş və elmi baxımdan əsaslandırılmış məlumatlar təqdim edilir.
Kitab, Zərdabın tarixi-mədəni irsinin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli bir mənbə olmaqla yanaşı, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş fundamental araşdırma nümunəsidir.




























