Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.
”Xeberaz.info” xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat yayıb.
O bildirib ki, Prezident Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Saqınbek Abdumutalip qeyd edib ki, işgüzar səfər zamanı Qırğızıstan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda inşa edilmiş “Aykol Manas” məktəbinin rəsmi açılışı da baş tutacaq.