image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1752076202849

“Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” mövzusunda tədbir keçirilib –FOTO

image-legitimaz-810x90

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” mövzusunda keçirilən tədbirdə iştirak etdim deyə Elnur Allahverdiyev açıqlamasında bildirib.

Xeberaz.info”  xəbər verir ki,  YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, partiyanın İdarə Heyətinin üzvləri, millət vəkilləri və digər şəxslərin iştirakı ilə keçirilən tədbirdə 14 iyul 1969-cu il tarixindən etibarən ölkəmizdə yeni bir ideoloji və dövlətçilik mərhələsinin başlandığı vurğulandı. Xatırladıldı ki, Heydər Əliyev Qərbi Azərbaycan məsələsini daim prioritet mövzu kimi gündəmdə saxlayaraq bu bölgədən deportasiya olunan soydaşlarımızın hüquqlarının müdafiəsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdir. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olundu. Diqqətə çatdırıldı ki, cənab Prezidentin təşəbbüsü ilə təsis edilən Qayıdış Konsepsiyası bu istiqamətdə konkret və real addımların atılmasına şərait yaradır.

Tədbir çərçivəsində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirildi. Kitabda Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların məqsədyönlü şəkildə dağıdılması sənədləşdirilib. Nəşr həm tarixi ədalətin bərpası, həm də beynəlxalq tribunalarda Azərbaycanın haqlı mövqeyinin əsaslandırılması baxımından mühüm mənbə hesab olunur.

image-fb_img_1752076186343 image-fb_img_1752076189663 image-fb_img_1752076192487 image-fb_img_1752076195338 image-fb_img_1752076197825 image-fb_img_1752076200337 image-fb_img_1752076202849 image-fb_img_1752076205228 image-fb_img_1752076207548 image-fb_img_1752076210704 image-fb_img_1752076213150 image-fb_img_1752076215554 image-fb_img_1752076218054


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki