image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-creator-gd-jpeg-v1-0-using-ijg-jpeg-v80-quality-100

Qayıdış və ölkəni sabitliyə aparan ilk addımlar

image-legitimaz-810x90

Qayıdış və ölkəni sabitliyə aparan ilk addımlar.

Hər bir xalqın tarixində elə mühüm günlər var ki, bu günləri heç vaxt unutmur. Belə günlərdən biri də, tariximizə əbədi həkk olunmuş 15 İyun – Milli Qurtuluş Günüdür. Həmin gün xalqımız üçün sadəcə təqvim bayramı deyil, ictimai, siyasi və tarixi əhəmiyyətə malik, Azərbaycanın xilas olduğu gündür. Məhz bu gündən başlayaraq, ölkəmiz yeni mərhələyə qədəm qoydu. Həmin gün ölkəmizin parçalanmaqdan, dünya xəritəsindən silinməkdən, vətəndaş qarşıdurmasından, xaos, anarxiya, özbaşınalıqdan xilas olmasının başlanğıcıdır, qurtuluş tarixidir. Bu tarixi yaradan isə, dövlət idarəçiliyində zəngin təcrübəsi olan, daim xalqına arxalanan, mərd oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimizin qorunub saxlanmasında, əbədiyyətə çevrilməsində müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevdir. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı uzun müddətdən sonra, 1991-ci ilin oktyabr ayında öz müstəqilliyinə yenidən qovuşsa da, təəssüf ki, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də, dövlətin bütün təsisatlarında bir boşluq, yerlərdə isə, mərkəzi hakimiyyətə inamsızlıq hökm sürürdü. Yaranmış fürsətdən istifadə edən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaradırdı. Ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütövlükdə, Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə reallaşdırmağa hesablanmışdı. Bütün bunların fonunda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz edərək  hərtərəfli xarici dəstəklə həyata keçirdiyi işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət, məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Belə bir çətin vəziyyətdə – 1993-cü il iyun ayının 9-da müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı olan parlaq səhifə açıldı. Azərbaycan xalqı müdriklik göstərdi və 1993-cü ildə – vətəndaş müharibəsi ərəfəsində Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev xal­qın təkidli tələbi ilə Bakıya gəldi, iyun ayının 15-də isə,  Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Siyasi rəhbərliyə dəvət edilən Ulu Öndərin müdrikliyi, cəsarəti, millətə olan məhəbbəti və xalqın ona olan inamın nəticəsində Azərbaycan o böhranlı vəziyyətdən çıxa bildi. Bu gün, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyun ayında bu günü bayram elan etdi. Azərbaycan kimi qədim dövlətçilik tarixinə, milli ruha malik xalqı uzun müddət tabeçilikdə saxlamağın, diktə siyasətini həyata keçirib, istismarçı sosi­al-iqtisadi sistemi qoruyub saxlamaqla milli bərabərsizliyi və zülmü təbliğ etməyin, anarxiya, qanunsuzluq, qardaş qırğınının mümkünsüzlüyünü, məhz Qurtuluş Günü sübut etdi. Xalqımızın təkidli xahişlə heç kimə deyil, məhz Ulu Öndər Heydər Əliyevə müraciət etməsi, yalnız bu dahi şəxsiyyətə güvənməsi də Qurtuluş Gününün milli məsələ, qürur və ləyaqət məsələsi olduğundan xəbər verir. Bütün bu məfhumların simvolu isə dahi şəxsiyyət, məhz xalq qarşısında etdiyi əməllərə görə, Ümummilli Lider adını özü qazanan Heydər Əliyevdir. Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də, müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki