image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d55329e2-bec9-47b5-a7fc-5c1b32a4593d_qarabag726820655_251ce61985af6faceb967ec87bde0404

Qarabağ Universitetinin yaradılması

image-legitimaz-810x90
  • Qarabağ Universitetinin yaradılması.

Prezident cənab İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması hadisəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi qələbələrin təntənəsi olmaqla, bütövlükdə Azərbaycanın təhsil sahəsindəki mühüm nailiyyəti hesab edilir. 2024-cü il 20 sentyabr tarixdə – dövlət suverenliyinin bərpa edilməsindən düz bir il sonra Prezident cənab İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu. Dövlət başçımızın qeyd etdiyi kimi, “Bu gün, eyni zamanda Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu”.

Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə həmin ali təhsil müəssisəsinin qurulması bölgənin bərpa və inkişafına töhfə vermək üçün təhsilin gücündən istifadəyə əsaslanan önəmli institusional addımlardan biri olaraq dəyərləndirilir.  Qarabağ Universitetinin ilk tədris ilinə hazırlığı dövrünü xarakterizə edən başlıca nailiyyətlər sırasında təcrübəli, peşəkar akademik və inzibati heyətin formalaşdırılmasını, müasir tələblərə cavab verən tədris və sosial infrastrukturların yaradılmasını, yeni akademik məzmunda kadr hazırlığı proqramlarının qurulmasını, ölkə ərazisində universitetin genişmiqyaslı tanıdılmasının həyata keçirilməsini və yüksəkkeyfiyyətli tələbə qəbulunun reallaşdırılmasını xüsusi qeyd etmək olar. Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanası tələbələrin istifadəsinə verilib. Kitabxana xidmətlərindən eyni anda 200 tələbənin istifadəsi mümkündür. Kitabxananın kitab fondunda Azərbaycan, ingilis və rus dillərində 6000-dən çox dərslik, dərs vəsaiti və digər ədəbiyyatlar mövcuddur. Bu il Prezident cənab İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı etdi. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.

 

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki