image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20250528-wa0033

“Qarabağ kənd icmalarının təhsildə inkişafı” layihəsi uğurla başa çatdı – FOTOLAR

image-legitimaz-810x90

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Qarabağ kənd icmalarının təhsildə inkişafı” layihəsinin icrası uğurla yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Təhsil Nazirliyinin maliyyələşdirdiyi və Qarabağ tam orta məktəbinin direktoru Əlihüseyn Yaqubovun rəhbərliyi ilə həyata keçirilən layihə, Qarabağ, Üçbulaq, Əhmədbəyli və Aşağı Kürdmahmudlu kənd icmalarında təhsil alan şagirdlərin və bu məktəblərdə çalışan müəllimlərin inkişafına dəstək göstərmək məqsədi daşıyırdı.

İki mərhələdən ibarət layihə çərçivəsində ümumilikdə 24 şagird və 24 müəllim iştirak edib. Layihə müddətində müəllimlər üçün öyrənmə mühitinin səmərəliliyinin artırılması, fərdi yanaşmaların tətbiqi və zəif nəticə göstərən şagirdlərə dəstək məqsədilə təlimlər keçirilib. Şagirdlər isə fərdi karyera planlaması, peşə yönümlü inkişaf və özünəinamın formalaşdırılması üzrə sessiyalarda iştirak ediblər.

Layihənin yekununda iştirakçı şagirdlər fərdi inkişaf planları hazırlayıb, müəllimlər isə təhsil nəticələrini artırmaq üçün effektiv öyrənmə strategiyalarını tətbiq etməyə başlayıblar.

Bağlanış mərasimində layihənin nəticələri təqdim olunub, iştirakçıların təcrübələri bölüşülüb və gələcəkdə bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Rəhbərlik və müəllim heyəti layihənin bölgədə təhsilin keyfiyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib.

“Qarabağ kənd icmalarının təhsildə inkişafı” layihəsi bir daha sübut etdi ki, məqsədyönlü və ehtiyaca uyğun müdaxilələr vasitəsilə təhsildə fərq yaratmaq mümkündür.

image-img-20250528-wa0017 image-img-20250528-wa0018 image-img-20250528-wa0019 image-img-20250528-wa0020 image-img-20250528-wa0021 image-img-20250528-wa0022 image-img-20250528-wa0023 image-img-20250528-wa0024 image-img-20250528-wa0025 image-img-20250528-wa0026 image-img-20250528-wa0027 image-img-20250528-wa0028 image-img-20250528-wa0029 image-img-20250528-wa0030 image-img-20250528-wa0031 image-img-20250528-wa0032 image-img-20250528-wa0033


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki