image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-21

Qanlı Yanvar və imperiya zorakılığı

image-legitimaz-810x90

Qanlı Yanvar və imperiya zorakılığı

1990-cı il yanvarın 20-si Azərbaycan tarixində faciə, eyni zamanda milli oyanış və azadlıq yolunda qırılmaz iradənin simvolu kimi yadda qalmışdır. Sovet imperiyasının süqut ərəfəsində Azərbaycan xalqının azadlıq istəyini boğmaq məqsədilə Bakıya yeridilən sovet qoşunları dinc əhaliyə qarşı görünməmiş qəddarlıq törətdi. Yüzlərlə insan qətlə yetirildi, minlərlə insan yaralandı, şəhər hərbi texnika ilə işğal olundu. Bu hadisə təkcə bir xalqın faciəsi deyil, həm də totalitar rejimin iflasının açıq sübutu idi.

Lakin bu faciənin ən ağrılı tərəflərindən biri də uzun müddət onun siyasi və hüquqi baxımdan obyektiv qiymətinin verilməməsi idi. Həmin dövrdə respublikaya rəhbərlik edən şəxslər xalqın yanında dayanmaq əvəzinə, Moskvanın iradəsinə tabe olaraq susqun mövqe tutdular. Azərbaycan xalqı təkcə silah gücü ilə deyil, həm də siyasi baxımdan müdafiəsiz buraxıldı. Məhz belə bir ağır və mürəkkəb şəraitdə xalqın səsinə səs verən, tarixi ədalətin bərpası yolunda cəsarətlə çıxış edən şəxs Ümummilli Lider Heydər Əliyev oldu.

20 Yanvar hadisələri Sovet İttifaqının dağılmağa başladığı bir dövrdə baş verdi. Azərbaycan xalqı artıq açıq şəkildə müstəqillik arzularını dilə gətirir, mitinqlər, yürüşlər təşkil edirdi. Bu proses imperiya rəhbərliyini ciddi narahat edirdi. Moskva başa düşürdü ki, Azərbaycan xalqının azadlıq iradəsini dayandırmaq üçün zorakılıqdan istifadə etmək lazımdır. Nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və digər bölgələrə minlərlə silahlı əsgər yeridildi.

Əməliyyat əvvəlcədən elan edilməmiş, fövqəladə vəziyyət barədə əhali məlumatlandırılmamışdı. Tanklar, zirehli maşınlar, silahlı dəstələr dinc insanlara qarşı istifadə olundu. Qadın, uşaq, yaşlı fərqi qoyulmadan insanlar gülləbaran edildi. Bu, təkcə hərbi cinayət deyil, həm də insanlığa qarşı törədilmiş ağır bir cinayət idi. Sovet rejimi öz mahiyyətini açıq şəkildə nümayiş etdirdi.

Faciədən sonra Azərbaycan rəhbərliyinin xalqın yanında olmaması, hadisəyə açıq və cəsarətli münasibət bildirməməsi cəmiyyətdə dərin narazılıq yaratdı. Xalq öz taleyi ilə baş-başa buraxılmışdı. Nə respublika rəhbərliyi, nə də Moskvanın rəsmi strukturları bu qanlı hadisəyə ədalətli qiymət vermək istəmirdi. Əksinə, günahkar kimi xalqın özü göstərilməyə çalışılırdı.

Belə bir şəraitdə həqiqəti demək, hadisəni cinayət kimi adlandırmaq böyük risk tələb edirdi. Çünki Sovet İttifaqı hələ dağılmamışdı, imperiya güclü idi və açıq etiraz edən hər kəs təzyiqə məruz qala bilərdi. Məhz bu cəsarəti göstərən insan Heydər Əliyev oldu.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki