image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-vladimir-putin-evil

Putinlə bağlı xəbərdarlıq edildi

image-legitimaz-810x90

“ABŞ Prezidenti Donald Trampın sülh sazişi bağlamaq istəyi Rusiya Prezidenti Vladimir Putinə rus qoşunları tərəfindən Ukraynada törədilən hərbi cinayətlərə görə hüquqi təqibdən yayınmağa imkan verməməlidir”.

”Xeberaz.info” xəbər verir ki, bu barədə “Politico”ya müsahibəsində Avropa Komissiyasının komissarı Maykl Makqrat deyib.

“Tarixin Rusiyanın Ukraynada törətdiyi cinayətlərin izlərini silmək cəhdlərini təsdiqləyəcəyini düşünmək istəmirəm. Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar və Avropa İttifaqı bütün müzakirələrdə məhz bu yanaşmadan çıxış edəcək”, – Makqrat bildirib.

O xəbərdarlıq edib ki, Rusiya bu cinayətlərə görə cəzadan yayınsa, bu, növbəti aqressiya dalğası və yeni işğal üçün zəmin yaradacaq: “Hesab edirəm ki, bu, irimiqyaslı tarixi səhv olardı”.

Nəşr yazıb ki, Ukrayna hakimiyyəti müharibənin əvvəlindən bəri Rusiyanın 178 000-dən çox ehtimal olunan cinayətini araşdırmağa başladığını açıqlayıb.

“Rusiya aqressiyası və cinayətlərinin qurbanlarının hüquqlarından imtina edə bilmərik. Milyonlarla həyat məhv edilib və ya əlindən alınıb, insanlar zorla köçürülüb, buna dair kifayət qədər sübutlarımız var”, – Avropa Komissiyasının komissarı vurğulayıb.

Həmçinin, “Politico” qeyd edib ki, Donald Tramp və komandası indiyədək Vladimir Putinin hüquqi təqibinə xüsusi maraq göstərməyiblər. ABŞ-nin sülh planı layihəsi Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə qaldırılmasını nəzərdə tutur, halbuki Avropa liderləri buna qarşı çıxaraq bəyan ediblər ki, Avropa İttifaqı sanksiyalarının ləğvi ilə bağlı qərarı yalnız özü verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki