ABŞ Prezidenti Donald Tramp öz administrasiyasını Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə mümkün qədər tez görüş təyin etməyə çağırıb.
“Xeberaz.info” xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Amerika liderinin köməkçilərinin dərhal Putin və Zelenski ilə görüşlər planlaşdırmağa başladığı iddia edilir. Telekanalın məlumatına görə, bu görüş bir-iki həftəyə baş tuta bilər.
“Prezidentin səfərini və iki dünya lideri ilə böyük görüşü planlaşdırmaq adətən vaxt tələb etsə də, rəsmilər qeyd ediblər ki, Tramp öz komandasını sürətlə hərəkətə keçməyə çağırır”, – məlumatda qeyd olunur.