image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-47527645772d9802880c82da0d2c76e5

Putin SON SÖZÜNÜ dedi: Ukrayna TAM MƏHV olana qədər gedəcəyik! Savaş ALOVLANDI

image-legitimaz-810x90

Rusiya Ukraynanın tamamilə məhv edilməsini istəyir, buna görə də normal sülh danışıqları və müharibənin dayandırılmasında maraqlı deyil.

”Xeberaz.info” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatını təhlil edən ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) belə qənaətə gəlib.

Medvedev dünən İstanbulda danışıqların Rusiyaya “mümkün qədər tez qələbə və Ukrayna hökumətinin tam məhvi üçün” lazım olduğunu bəyan edib.

ISW analitikləri Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına da diqqət çəkib. Dünən o, Rusiyanın İstanbuldakı son danışıqlarda təqdim etdiyi memorandumun “münaqişənin əsas səbəbləri”ni aradan qaldırmağa yönəldiyini bildirib və danışıqların növbəti raundundan dərhal həll gözləməməyə çağırıb.

Peskov eyham vurub ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Ukraynadan olan həmkarları Donald Tramp və Volodimir Zelenski ilə görüşünü də gözləməyə dəyməz. Kremlin sözçüsü belə bir görüşün baş tutması üçün bir sıra şərtlərin yerinə yetirilməli olduğunu söyləyib.

ABŞ institutu qeyd edib ki, danışıqlarda Rusiya nümayəndə heyətinin iştirakına baxmayaraq, Moskva müharibənin dayandırılması ilə bağlı heç bir güzəştə getmək niyyətində deyil.

“Rusiya Ukraynanın tam təslim olmasına səy göstərməkdə davam edir və bu, Putin hərbi yolla qələbəyə inandıqca davam edəcək”, – ISW əlavə edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ukraynada yaşayan hərbi ekspert Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki