image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-putin_tramp

Putin niyə Trampın çağırışlarına məhəl qoymur? – NYT

image-legitimaz-810x90

Kreml açıq şəkildə Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı çağırışlarını görməzdən gəlir, çünki Vladimir Putin Rusiya ordusunun cəbhəni yara biləcəyinə və Ukraynanı tamamilə “sındıra” biləcəyinə inanır.

”Xeberaz.info” xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Belə ki, nəşrin Kremlə yaxın iki mənbəsinə istinadən bildirilir ki, Rusiya lideri döyüş meydanında Rusiyanın üstünlüyünün artdığına və Ukraynanın müdafiəsinin qarşıdakı aylarda çökə biləcəyinə inanır. Onlar həmçinin bildiriblər ki, Putin hazırda döyüş əməliyyatlarını dayandırmağı mümkün hesab etmir, əgər Ukrayna ciddi güzəştlərə getməsə.

“O, Tramp ilə münasibətləri yaxşılaşdırmaq naminə Ukrayna ilə bağlı məqsədlərindən imtina etməyəcək”, – deyə Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi əməkdaşı Tatyana Stanovaya Kremlin daxili mənbələri ilə razılaşaraq bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki