image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-melaniya-tramp

Putin Melaniya Trampa məktub yazdı

image-legitimaz-810x90

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putindən ukraynalı uşaqların geri qaytarılması və müharibə nəticəsində ayrılmış ailələrin yenidən birləşdirilməsi prosesi ilə bağlı məktub aldığını açıqlayıb.

Xeberaz.info xəbər verir ki, bu barədə “Nyusvik” məlumat yayıb.

Melaniya Tramp bildirib ki, ötən il sözügedən məsələ ilə bağlı Putinə müraciət edib və Rusiya lideri də cavab verib:

“O, mənə cavab məktubu yazdı. Nümayəndəm Rusiya tərəfi ilə əlaqə saxlayır və biz hələ də daha çox uşağı yenidən birləşdirmək üzərində işləyirik”.

Melaniya məktubun mətnini açıqlamasa da, danışıqların nəticələri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib:

“Ümid edirəm ki, tezliklə yenidən böyük uğurlara imza ata biləcəyik. Bütün bu uşaqların və valideynlərin xoşbəxt olduğunu görmək çox xoşdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki