image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4f1887574e25b7cdfe7e3a3b9444f96f

Putin hər vasitə ilə “Tomahawk”ların Kiyevə çatmasının qarşısını almağa çalışır

image-legitimaz-810x90

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı Ukraynaya “Tomahawk” tipli qanadlı raketlərin verilməsindən çəkindirmək üçün intensiv təzyiqlər göstərir.

Xeberaz.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənmə İnstitutu (ISW) yayımladığı hesabatda bildirib. Sənəddə qeyd olunur ki, Putin müxtəlif taktikalardan istifadə edir – ikili münasibətlərin pisləşəcəyi ilə hədələmək, həmçinin həmin silahların effektivliyini kiçiltmək. Məqsəd Vaşinqtonun qərarına təsir göstərmək və münaqişədə güzəştlərə nail olmaqdır.

Analitiklər xatırladır ki, eyni arqumentlər daha əvvəl də gündəmə gəlmişdi – xüsusilə Ukraynaya ATACMS raketlərinin, F-16 qırıcılarının və Abrams tanklarının verilməsi müzakirə olunanda Kreml oxşar ritorikadan istifadə edib.

ISW ekspertləri bildirirlər ki, “Tomahawk”ların Ukrayna üçün böyük strateji üstünlüyü var. Raketlərin 2,5 min km-lik modifikasiyası Rusiyanın ən azı 1 945 hərbi obyektini1 600 km-lik versiyası isə 1 655 obyekti vura bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki