Xəbər vertdiyimiz kimi, Rusiya lideri Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv uitkoff və kürəkəni Cared Kuşnerlə danışıqlar aparıb.
“Xeberaz.info” xəbər verir ki, Putinin Uitkoff və Kuşnerlə görüşü təxminən beş saat davam edib və Bakı vaxtı ilə saat 01:30-da başa çatıb.
Rusiya mətbuatının məlumatına görə, Trampın xüsusi nümayəndəsi Putinlə görüşdən sonra ABŞ-nin Moskvadakı səfirliyinin binasına gedib.
Rusiya tərəfdən danışıqlarda Putindən başqa, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak ediblər.
Danışıqlardan sonra Dmitriyev sosial şəbəkə hesabında bir sözdən ibarət yazı paylaşıb: “Effektivdir”.
Görüşdən sonra Uşakov danışıqları qiymətləndirib:
– Ərazi məsələsində kompromis hələ tapılmayıb, lakin Amerika tərəfinin təklifləri səsləndirilib.
– Biz nə uzağa getmişik, nə də böhranın həllinə yaxınıq. Görüləcək çox iş var.
– Amerikanın Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflərindən bəziləri Putinin tənqidinə səbəb olub, lakin o, bir çoxu ilə razılaşıb.
– Rusiya Trampın 27 bəndlik planı ilə tanış olub, sonra daha 4 sənəd alıb və bunların hamısı çərşənbə axşamı görüş zamanı müzakirə olunub. Üstəlik, sülh planının konkret formaları müzakirə olunmayıb, söhbət onun mahiyyətindən gedirdi.
ABŞ və Rusiya danışıqların təfərrüatlarını açıqlamamağa razılaşıblar. Rusiya və ABŞ təmasları davam etdirmək barədə razılığa gəliblər. Vladimir Putinlə Donald Trampın görüşünün mümkünlüyü onların köməkçiləri və xarici işlər nazirliklərinin işindən asılıdır.


























