image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-529157187_1310136933799415_5838569492132026011_n

Prezidenti İlham Əliyevin diplomatiyasının növbəti qələbəsi

image-legitimaz-810x90

Prezidenti İlham Əliyevin diplomatiyasının növbəti qələbəsi

 Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, sülh sazişinin imzalanması üçün ATƏT-in Minsk qrupu ləğv olunmalı və Ermənistan bu məsələdə mövqeyini ortaya qoymalıdır. Əvvəllər rəsmi İrəvan bundan imtina etsə də, Prezident İlham Əliyevin qətiyyəti qarşısında bu şərti qəbul etmək məcburiyyətində qaldı. Artıq hər iki lider ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı ortaq mövqe sərgilədilər. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciət də imzalandı.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Prezident İlham Əliyevin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üzrə bu mühüm məqam nəzərə alınır. Zəngəzur dəhlizi reallaşır. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gediş-gəlişə nail olur. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. Beləliklə, Vaşinqton razılaşması məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşıb. Yəni, bütün proseslərdə Azərbaycanın liderliyi öz sözünü deyir. Bu baxımdan, Azərbaycanın mövqeyi bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin yaradır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki