image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-pozitiv1

Prezident TDT liderlərini Azərbaycana dəvət etdi

image-legitimaz-810x90

Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq duyuram.

”Xeberaz.info” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, bu, Macarıstana 6-cı səfəridir: “Viktor Orban isə 7 dəfə Azərbaycana səfər edib”.

Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Şuşada TDT-nin qeyri-rəsmi sammiti Şuşada keçirilib: “Bu il Azərbaycan TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə sammitinə dəvət edirəm. Azərbaycan Türk dövlətlərinə 20 milyard dollara qədər sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı gözlənilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki