image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-625446007_1451306859682421_410671435286582204_n

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın  ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir

image-legitimaz-810x90

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın  ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir

Dövlət başçısı İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh gündəliyinin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Hesab edirəm ki, bu mükafat təkcə bir şəxsə verilən təltif deyil, bütövlükdə Azərbaycanın son illərdə həyata keçirdiyi sülh və əməkdaşlıq siyasətinə göstərilən qlobal etimadın ifadəsidir.

Mükafatın Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanmasına görə təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Onilliklər boyu davam edən münaqişə və humanitar əzabların aradan qaldırılması istiqamətində atılan addımların beynəlxalq səviyyədə dəyərləndirilməsi ölkəmizin irəli sürdüyü sülh təşəbbüslərinin qəbul edildiyini göstərir. Bu, Azərbaycanın yalnız regional deyil, qlobal sülh proseslərinə də real töhfə verdiyini nümayiş etdirir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada dialoq, həmrəylik və dinc birgəyaşayış prinsiplərini təşviq edən ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Belə bir mükafata yalnız müstəsna xidmətləri olan liderlərin və qurumların layiq görülməsi bu təltifin çəkisini daha da artırır. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və ölkəmizin sülh quruculuğunda fəal rolunun məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən təqdimetmə mərasimi və səsləndirilən fikirlər də göstərdi ki, bu nailiyyət yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş region üçün yeni mərhələnin başlanğıcı kimi qəbul olunur. Uzun illər müharibə şəraitində yaşamış bir regionda sülh razılaşmasına nail olunması güclü siyasi iradənin, ardıcıl diplomatiyanın və beynəlxalq dəstəyin nəticəsidir. Bu modelin digər münaqişə bölgələri üçün də nümunə ola biləcəyini düşünürəm.

Tarixi Zəfərdən sonra Azərbaycanın sülh təklifi ilə çıxış etməsi ölkəmizin humanist və məsuliyyətli dövlət siyasətinin göstəricisidir. Ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra belə, regionda dayanıqlı sülhün təmin olunmasını prioritet seçməsi Azərbaycanın strateji baxışını ortaya qoyur. Bu yanaşma həm də gələcək iqtisadi əməkdaşlıq, kommunikasiya xətlərinin açılması və regional inkişaf üçün geniş imkanlar yaradır.

Beynəlxalq liderlərin videomüraciətlərində də sülh sazişinin tarixi dönüş nöqtəsi kimi dəyərləndirilməsi xüsusi qeyd olunmalıdır. Bu yanaşma onu göstərir ki, dialoq və qarşılıqlı iradə olduqda, ən mürəkkəb münaqişələri belə siyasi və diplomatik yollarla həll etmək mümkündür.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın müstəqil, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlu nəticəsidir. Bu mükafat ölkəmizin sülh, əməkdaşlıq və birgəyaşayış dəyərlərinə verdiyi töhfənin beynəlxalq səviyyədə təsdiqi olmaqla yanaşı, gələcək təşəbbüslər üçün də mühüm stimul rolunu oynayır.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki