image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-528125510_1310012653811843_6183951923086856325_n

Prezident İlham Əliyevin Vaşinqtona səfəri, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açır

image-legitimaz-810x90

Prezident İlham Əliyevin Vaşinqtona səfəri, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açır.

Azərbaycan və ABŞ prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yeni pilləyə qalxmasını və Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni səhifənin açılmasını göstərmiş oldu. Bu sənəd iki ölkə arasında enerji, enerji-tranzit, neft sənayesi, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi sahələr üzrə strateji inkişaf üçün geniş perspektivlər açır. Cənab İlham Əliyevin vurğuladığı kimi, bu strategiya Azərbaycanın iqtisadiyyatının müasirləşdirilməsi, innovativ texnologiyaların ölkəyə gətirilməsi və dayanıqlı inkişafının təmin edilməsi üçün zəmin yaradır. Sənədin imzalanması regionda güclü iqtisadi dinamikanın formalaşdırılmasına və Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlməsinə səbəb olacaqdır. Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupun yaradılması da bu istiqamətdə atılmış çox mühüm addımdır. Əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin bundan sonra səmimi əsaslar üzərində inkişaf edəcəyini nümayiş etdirən mühüm məqamlardan biri də ədalətsizlik simvolu olan 907-ci düzəlişin ləğv olunmasıdır. Öz müsahibəsində bu məsələyə toxunan cənab Prezident bildirdi ki, 1992-ci ilin oktyabr ayında Azərbaycanın ədalətsiz şəkildə ABŞ Konqresi tərəfindən məruz qoyulduğu bu sanksiyanın bu gün birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə ləğv edilməsi tarixi hadisədir və çox rəmzi xarakter daşıyır.

Ağ evdə keçirdiyi görüşlər, etdiyi çıxışlar və verdiyi bəyanatlar Prezident İlham Əliyevin yüksək siyasi-diplomatik təcrübəyə malik siyasi lider olduğunu bir daha nümayiş etdirdi. Bu baxımdan, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etməsi həm iki ölkə arasında mövcud münasibətlərin bundan sonra yeni müstəvidə inkişaf edəcəyini, həm də Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərar olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya imkanlarının açılacağını deməyə əminlik verir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki