image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20250530_162147

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü dövlətə çevrilmiş, ən əsası Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuşdur

image-legitimaz-810x90

Azərbaycan xalqı tarix boyu vətənə bağlılığı, azadlıq uğrunda mübarizəsi ilə seçilmişdir. Vətənpərvərlik bizim milli kimliyimizin əsasını təşkil edir. Bu gün isə vətənpərvərlik anlayışı yalnız bir hiss deyil — bu, eyni zamanda fəaliyyət, məsuliyyət və gələcək nəsillərə örnək olan əməllərlə sübut olunur.

Burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti, milli lider kimi vətənə olan sədaqəti xüsusi vurğulanmalıdır. Onun rəhbərliyi altında Azərbaycan güclü dövlətə çevrilmiş, xalqımızın haqq səsi beynəlxalq aləmdə tanınmış və ən əsası — Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir.

Prezident İlham Əliyev müdrikliyi, siyasi uzaqgörənliyi və milli maraqlara əsaslanan qətiyyətli siyasəti ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasına nail olmuşdur. Bu, təkcə hərbi deyil, həm də diplomatik zəfərdir. “Qarabağ Azərbaycandır!” ifadəsi artıq təkcə siyasi bəyanat deyil — bu, xalqın qürur mənbəyidir.

Hazırda azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Prezidentin şəxsi nəzarətində davam edən layihələr Azərbaycanın gələcəyinə olan inamın bariz nümunəsidir. Xocalı, Xankəndi, Füzuli, Zəngilan, Laçın və digər bölgələrdə müasir infrastrukturun qurulması, Böyük Qayıdış proqramının reallaşdırılması həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev öz fəaliyyətində vətənpərvərliyi dövlət idarəçiliyinin əsas prinsiplərindən biri kimi qəbul edir. Onun siyasətində vətənin müdafiəsi, xalqın rifahı və ölkənin müstəqilliyi hər zaman əsas prioritet olub.
Bu gün YAP olaraq bizlər də Prezidentimizin ətrafında sıx birləşərək, Azərbaycana xidmət etmək, azad olunmuş ərazilərin dirçəldilməsi, Böyük Qayıdış proqramının uğurla reallaşdırılması kimi müqəddəs işlərdə fəal iştirak etməliyik

Biz inanırıq ki, Azərbaycanın inkişaf yolu bundan sonra da davam edəcək, hər bir vətəndaş bu yolda öz töhfəsini verəcək.

Qoy bu birlik, bu ruh bizi gələcəyə daha da güclü aparsın!

Qarabağ Azərbaycandır!
Yaşasın müstəqil Azərbaycan!

Hörmətlə Xocalı sakini, YAP Xocalı Rayon Təşkilatının fəal gənc üzvü, Bakı Dövlət Universitetinim Tarix Fakültəsinin 3cü kurs tələbəsi Aysel Quliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki